waplog

İlk döndərilən yumşaq robot hazırlanıb


Cənubi Koreya alimləri “DeployBot” adlı dünyanın ilk döndərilən yumşaq robotunu yaradıblar. O, müəyyən seqmentlərdə cərəyanın pulsasiyaediciliyi sayəsində mühərriklərdən və başqa mexanizmlərdən istifadə etmədən hərəkət edə bilir. Seul Universitetinin tədqiqatçıları layihənin istənilən aqressiv mühitdə yüksək etibarlığa malik olmasına görə onun böyük perspektivlər vəd etməsini bildirirlər.  
 
“ICTnews” Elektron Xəbər Xidməti “DNI24” resursuna istinadən yazır ki, “DeployBot” robotu mühərrik və mikrosxemlərdən istifadədən imtina etməyə imkan verən intellektual ötürücü ilə təchiz edilib. Formalı yaddaşa malik metal tellərdən robota hərəkət etməyə imkan verən elektrik cərəyanı ötürülür.
 
Koreya alimləri texnologiyanın əsas üstünlüyü kimi robotun kosmik vakuum və ya dərinsulu təzyiq daxil olmaqla ən çətin şəraitlərdə işləyə bilməsini qeyd edirlər. Alimlərin sözlərinə görə, kompakt ölçü, az çəki və ucuz qiymətə malik robot çoxlu mürəkkəb vəzifələrin həllinə imkan verəcək. Yeganə çatışmazlıq saatda 2 metrdən çox olmayan hərəkət sürəti hesab edilir.
 
Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL