waplog

“Sony Xperia” smartfonları sifətin “3D” tanınması texnologiyası ilə təchiz ediləcək


“Sony” şirkəti “Mobile World Congress” çərçivəsində sifətin üçölçülü (3D) tanınması sistemi ilə təchiz edilən yeni “Xperia” smartfon modelini nümayiş etdirməyi planlaşdırır.  

“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, yenilənmiş sifət skaneri “SoftKinect” şirkətinin mühəndisləri tərəfindən hazırlanan xüsusi dərinlik ötürücüsündən və İsveçrənin “KeyLemon” şirkətinin mütəxəssislərinin ərsəyə gətirdiyi biometrik autentifikasiya proqram təminatından ibarətdir. “Sony” nümayəndələrinin sözlərinə görə, yeni texnologiya sifətin ənənəvi ikiölçülü tanınması funksiyası ilə müqayisədə daha təhlükəsizdir, çünki onu fotoşəkillər vasitəsilə aldatmaq qeyri-mümkündür.

Şirkət nümayəndələri “3D” autentifikasiya sisteminə malik ilk qurğunun nə vaxt təqdim ediləcəyi barədə açıqlama verməsələr də, funksiyanın Yaponiya istehsalçısının qabaqcıl smartfonlarından birində quraşdırılacağı ehtimal edilir.

Xatırladaq ki, bundan əvvəl “JPMorgan” investisiya bankının analitikləri “iPhone 8” modelində sifətin “3D” tanınması texnologiyasının quraşdırılacağı barədə məlumat versələr də, “Apple” şirkəti bu barədə açıqlama verməkdən imtina edib.  

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL