waplog

“Azərkosmos” “Formula-1” Azərbaycan Qran-Prisi yarışlarının peyk yayım təchizatçısı olub


"Azərkosmos" ASC "Bakı Şəhər Halqası"nda keçirilən "Formula-1" yarışı üzrə Azərbaycan Qran-Prisinin görüntülərinin yayım mərkəzlərinə ötürülməsi üzrə peyk yayım təchizatçısı olub.

Həmçinin, "Azərkosmos" yarışların 24-25 iyun tarixində keçirilən sıralanma turu və pilotların düzülüş mərhələsi kimi ən maraqlı anlarının Avropa, eləcə də, dünyanın digər qitələrindəki milyonlarla televiziya tamaşaçısına çatdırılmasında mühüm rol oynayıb.

"Azərkosmos" ASC haqqında

Cənubi Qafqazda ilk peyk operatoru olan "Azərkosmos" ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və "Azərkosmos" tərəfindən idarə edilən "Azerspace-1" peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir: C diapazonda 24, Ku diapazonda 12 transponder. 2014-cü ilin dekabr ayından etibarən "Azərkosmos" sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1,5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan "Azersky"-ın idarəçiliyini təhvil almış və bununla da geoinformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlamışdır. Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə, "Azərkosmos" 2018-ci ildə ikinci telekommunikasiya peyki "Azerspace-2"-ni 45° şərq uzunluğu orbital mövqeyinə çıxarmağı və önümüzdəki illərdə çox yüksək ayırdetməli  Yer səthinin məsafədən müşahidə peyki əldə etməyi planlaşdırır. Daha ətraflı məlumatı "www.azercosmos.com"  internet səhifəsindən ala bilərsiniz.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL