“Galaxy Note 7 FE” smartfonunun nə vaxt təqdim ediləcəyi bəlli olub
Cənubi Koreyanın "Samsung" şirkəti "Galaxy Note 7 Fandom Edition" smartfon modelini iyulun 7-də təqdim etməyi planlaşdırır. Dörd yüz nümunədə buraxılacaq smartfonun bir hissəsi Cənubi Koreya bazarı üçün nəzərdə tutulub.
"ICTnews" Elektron Xəbər Xidməti "Rambler" resursuna istinadən yazır ki, "Galaxy Note 7 FE" digər ölkələrdə də satışa çıxarılacaq, lakin hazırda həmin ölkələrin siyahısı məlum deyil.
Bundan əvvəl şirkət nümayəndələri ABŞ-da bərpa edilən "Note 7" modelinin satışının dayandırılmasını təsdiq ediblər. Bununla yanaşı, onlar "Note 7" smartfonunu "Galaxy S8" və "S8+" modellərinin satışı üçün təhlükəli hesab edirlər.
"Galaxy Note 7 Fandom Edition" smartfonunun təxmini qiyməti 700 dollar təşkil edəcək.
Qeyd edək ki, "Samsung" şirkətinin ötən il təqdim etdiyi "Galaxy Note 7" smartfon modeli 5,7 düymlü ekran, səkkiznüvəli "Exynos 8890" prosessor, 4 giqabaytlıq operativ yaddaş və 3500 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib. Şirkət akkumulyatorun qızması nəticəsində baş verən partlayışlardan sonra smartfonu satışdan çıxarmaq məcburiyyətində qalıb.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL