waplog

2018-ci ildə ekrana qurulan barmaq izi skaneri təqdim ediləcək


“Qualcomm” şirkəti tərəfindən təqdim edilmiş barmaq izi skanerini smartfonun displeyinin alt hissəsinə quraşdırmaq olar. Şirkətin nümayəndələri Şanxayda keçirilmiş “Mobile World Congress”də bildiriblər ki, 2018-ci ilin yayında yeniliyin tədarükünə başlanılacaq.

“ICTnews” Elektron Xəbər Xidməti “therunet.com” saytına istinadən yazır ki, yeni datçikdə barmaq izinin tanınması üçün ultrasəsdən istifadə ediləcək. Skaner yalnız nazik ekranlarla işi dəstəklədiyinə görə, onu yalnız “OLED” displeylərin alt hissəsinə quraşdırmaq olar.

Ultrasəsdən istifadə nəticəsində datçiki yalnız barmaq izinin tanınmasında deyil, həm də nəbzin və qan təzyiqinin ölçülməsində tətbiq etmək olar. Ənənəvi taktil skanerlərdə belə opsiya mövcud deyil. Bu halda “Qualcomm” şirkətinin yeni həlli barmaq izinin tanınması sürətində ənənəvi skanerlərdən geri qalmır və suyun altında da işləyir.

Datçiklər başqa istehsalçıların çipi ilə uyğundur. Beləliklə, istənilən istehsalçı öz smartfonunda bu datçiklərdən istifadə edə bilər.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL