waplog

“Aquila” pilotsuz uçan aparatı ilk uğurlu enişini edib


"Facebook" şirkəti günəş batareyaları ilə işləyən "Aquila" pilotsuz uçan aparatının təkrar uğurlu sınaq buraxılışını həyata keçirib. Qanadlarının uzunluğu "Boeing 737" təyyarəsinin qanadlarına bərabər uçuş aparatı ABŞ Ordusunun Arizonada yerləşən Yuma poliqonundan buraxılıb. Havada 1 saat 46 dəqiqə olan dron hazırlanmış enmə meydançasına eniş edib.

"ICTnews" Elektron Xəbər Xidməti "theRunet" resursuna istinadən yazır ki, əvvəlki sınaqların uğursuz olması baxımından uğurlu enişin edilməsi böyük əhəmiyyət kəsb edir. Lakin buna baxmayaraq şirkət rəhbəri Mark Sukerberq ötən ilin iyulunda sınaq uçuşunun uğurlu olmasını bildirərək qəza haqqında danışmayıb. Həqiqət 2016-cı ilin dekabrında üzə çıxıb. ABŞ Milli Təhlükəsizlik Nazirliyi yanında Nəqliyyatda Təhlükəsizlik İdarəsi hesabat dərc edərək qəzaya səbəbin qanadı zədələyən güclü küləyin olmasını açıqlayıb. Bu dəfə sınağın uğurlu keçməsini sübut etmək üçün şirkət enmə anının videosunu dərc edib.  

Şirkətin aviasiya platformaları üzrə direktoru Martin Luis Qomesin sözlərinə görə, dron ötən dəfədən modifikasiya edilib. Pilotsuz uçan aparatda əlavə məlumatların toplanılması üçün çoxlu sensorlar quraşdırılıb, avtopilot proqram təminatının funksiyaları dəyişdirilib. Bundan əlavə, aparat horizontal propellerin dayandırılması üçün mexanizmlə təchiz edilib.

"Aquila" 2015-ci ildə lazer şüaları vasitəsilə yerüstü istifadəçilərə internetin paylanması üçün yaradılıb.

Nizam Nuriyev
 

https://www.facebook.com/zuck/videos/10103841456831511/ 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL