Minlərlə “Windows” istifadəçisi üçün “Skype” servisi əlçatmaz olub
“Microsoft” şirkətinin nümayəndəsi cari ilin iyun ayının əvvəlində məlumat vermişdi ki, “Skype” internet telefoniya servisində həyata keçiriləcək genişmiqyaslı yeniləmə nəticəsində sözügedən xidmət “iMessage”, “WhatsApp”, “Messenger”, “Snapchat” və başqa messencerlərlə rəqabət apara biləcək. Tərtibatçılar, eyni zamanda, iyulun 1-dən bəzi köhnə sistemlərdə sözügedən servisin dəstəyinin dayandırılması haqda məlumat vermişdilər.
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, 1 iyul 2017-ci il tarixindən “Windows RT”, “Windows Phone 8” və “8.1” sistemlərinin sahibləri üçün “Skype” servisi əlçatmaz olub. Messencer “Smart TV” funksiyasına malik televizorlarda və “Windows 10 Mobile” üçün “Messaging” proqramında artıq işləməyəcək. Xatırladaq ki, “Skype” servisinin yuxarıda adı çəkilən əməliyyat sistemlərində dəstəyinin dayandırılması xidmətin “bulud” infrastrukturuna keçidi ilə bağlıdır. Tərtibatçılar “Skype”dan istifadə etməyi planlaşdıran istifadəçilərə öz əməliyyat sistemlərini yeniləməyi israrla tövsiyə edir.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL