waplog

Avtonom enerji ilə işləyən “ağıllı” pəncərələr hazırlanıb


Priston Universitetinin alimləri “Techxplore” jurnalında avtonom enerji ilə işləyən yeni “ağıllı” pəncərələrə aid tədqiqat dərc ediblər. Pəncərələr quraşdırılmış xüsusi ötürücülər vasitəsilə otaqda temperaturu və işıqlandırma səviyyəsini müstəqil tənzimləyir.

“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, yeni elektrik batareya sistemindən istifadə edən ABŞ alimləri avtonom enerji ilə işləməklə yanaşı, mövcud pəncərələrdə tətbiq edilə bilən “ağıllı” pəncərə texnologiyası hazırlayıblar.

Məlumata görə, həmçinin, ultrabənövşəyi şüalanmanın udulması sayəsində pəncərələr tam avtonomdur.
Mütəxəssislərin fikrincə, tezliklə yeni evləri həyatı daha rahat edəcək “ağıllı” pəncərələrlə təchiz etmək mümkün olacaq.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL