“Samsung Galaxy Note 7” cihazı yeni ad altında satışa çıxarılıb
“Galaxy Note 7” cihazının uğursuzluğu ötən il mobil bazarda əsas hadisələrdən biri olub. “Samsung” şirkəti akkumulyatorla bağlı problemlərə görə bu aparatın satışlarını dayandırmağa və satılmış qurğuları geri çağırmağa məcbur olub. Bunun yerinə o, emal edilmiş versiyanı buraxmağa söz verdi. İnternetdə yenilənmiş “Galaxy Note 7” haqda müxtəlif şayiələr yayılmışdı, indi isə cihaz rəsmən təqdim edilib. Yeni cihaz “Galaxy Note Fan Edition” adı ilə satışa çıxarılacaq.
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “Galaxy Note 7” ilə müqayisədə “Galaxy Note Fan Edition” cihazında aşağıdakı 3 dəyişiklik mövcuddur:
· Qurğunun arxa tərəfində "Galaxy Note Fan Edition" yazısı var;
· aparat yeni “Bixby” virtual köməkçisi ilə tədarük edilir;
· 3500 milliamper/saat tutumlu orijinal akkumulyatorun əvəzinə tamamilə yeni 3200 milliamper/saat tutumlu batareya istifadə olunur.
Digər funksiyalar baxımından “Galaxy Note Fan Edition” cihazı “Galaxy Note 7” qurğusunun tam “kopya”sıdır. Yeni qurğu 5,7 düymlük “Quad HD” təsvir ölçülü “Super AMOLED” displey, 4 QB əməli yaddaş, 64 QB-lıq daxili daşıyıcı (tutumu 128 QB-dək olan “microSD” yaddaş kartını dəstəkləyir), 12 meqapiksellik əsas kamera, 5 meqapiksellik ön kamera ilə təchiz edilib.
“Galaxy Note Fan Edition” smartfonu iyulun 7-dən Cənubi Koreyada təxminən 610 dollar qiymətinə satışa çıxarılacaq.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL