waplog

“Yeni Telekommunikasiya Texnologiyaları” üzrə təlimlərə start verilib


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Hökumət Təlim-Tədris Mərkəzində Avropa İttifaqının TAIEX (Texniki Yardım və İnformasiya Mübadiləsi) yardım aləti çərçivəsində “Yeni  Telekommunikasiya Texnologiyaları” üzrə  ekspert missiyasına başlanılıb.
 
Almaniyanın İqtisadi İşlər və Energetika Nazirliyinin rəsmisi cənab Anders Hart Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, “Aztelekom” MMC-nin və “Baktelekom”un nümayəndələri üçün seminarlar keçəcək.
 
Ekspert missiyası çərçivəsində müxtəlif mövzular ətrafında təqdimatlar ediləcək, tədbir iştirakçılarına Avropa ölkələrinin, xüsusilə də Almaniyanın informasiya və telekommunikasiya texnologiyaları sahəsindəki nailiyyətləri, təcrübəsi  və gələcək planları barədə məlumat veriləcək.
 
Qeyd edək ki,“Aztelekom” MMC-nin təşəbbüsü ilə keçirilən tədbir 5 gün davam edəcək.






NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL