waplog

“iPhone 8” smartfonu sifətin tanınması texnologiyası və “ProMotion” displeyi ilə təchiz ediləcək


“Apple” şirkəti “iPhone 8” smartfonunda sifətin tanınması texnologiyasını tətbiq edəcək. Bu haqda “Bloomberg” agentliyi məlumat verib.

“ICTnews” Elektron Xəbər Xidməti “macdigger.ru” saytına istinadən yazır ki, sifətin tanınması texnologiyasının tətbiqi nəticəsində “iPhone 8” qurğusunu bir neçə milli-saniyə ərzində blokdan çıxarmaq mümkün olacaq. Ekspertlər hesab edirlər ki, sifətin tanınması texnologiyası üzrə qurğu sahibinin müəyyənləşdirilməsi “Touch ID” texnologiyası ilə müqayisədə daha etibarlı həldir, çünki smartfon daha çox məlumat emal edir. Məlumata görə, sifətin 3D texnologiya üzrə tanınması funksiyası “Touch ID” texnologiyasını, həmçinin ödənişlərin avtorizasiyasını tam əvəz edə bilər.

"Sensorun işində dəqiqlik və sürət əsas meyardır. Qurğu masanın üzərində olduqda belə sözügedən funksiya işləyəcək. Hələ ki texnologiya sınaq mərhələsindədir. Bununla belə, mənbənin məlumatına görə, “Apple” şirkəti “Touch ID” barmaq izi skanerini əvəz etmək niyyətindədir. Şirkətin nümayəndəsi şərh verməkdən imtina edib" – “Bloomberg” nəşri yazıb.

Bundan başqa, “iPhone 8” qurğusunun ekranı ilk dəfə yeni 10,5 və 12,9 düymlük “iPad Pro” planşet kompüterlərində təqdim edilmiş “ProMotion” texnologiyası ilə təchiz edilə bilər. “ProMotion” texnologiyasına malik ekranlar daha yüksək tezliklə yenilənmək qabiliyyətinə malikdirlər ki, bu da təsvirin bulanıqlığını kəskin azaldır.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL