waplog

“Rosatom” ilə Milli Nüvə Tədqiqatları Mərkəzi arasında kadr hazırlığı üzrə birgə fəaliyyət müzakirə edilib


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində Milli Nüvə Tədqiqatları Mərkəzi "Rosatom"un təşkilatçılığı ilə Rusiyanın paytaxtı Moskvada keçirilən "Atomekspo-2017" sərgi-konfransında təmsil olunub. Beynəlxalq tədbirdə QSC-nin sədri akademik Adil Qəribov iştirak edib.
 
Milli Nüvə Tədqiqatları Mərkəzinin yaydığı məlumata görə, sərgi-konfransda "Rosatom"un baş direktoru A.E.Lixaçov, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Baş katibinin müavini, Fransanın Atom Enerjisi və Alternativ Enerji Mənbələri üzrə Komissarlığının (CEA) vitse-prezidenti, Türkiyə, Əlcəzair, ABŞ və digər ölkələrin nümayəndələri çıxış ediblər. Çıxışlarda dünyanın böyük energetikasının gələcəyinin yalnız Atom Energetikasının (AE) olması vurğulanıb, AE-nin mövcud problemləri müzakirə edilib.
 
Sərgi gedişində dünyanın aparıcı şirkətlərinin son nailiyyətləri ilə də tanış olunub və "Rosatom"un rəhbərliyi ilə ikitərəfli görüş keçirilib. Görüşdə "Milli Nüvə Tədqiqatları Mərkəzi" QSC-nin formalaşması üzrə aparılan işlər haqqında məlumat verilib və kadr hazırlığı sahəsində birgə fəaliyyət müzakirə edilib.
 
Səfər müddətində A.Qəribov Dubna Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda Tədqiqat Nüvə Reaktorlarının yaradılması və istismarı üzrə "dəyirmi masa"da da çıxış edib. Dubna Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda mövcud "IBR-2M" reaktoru, onun kanallarında aparılan izotop istehsalı və neytron aktivləşmə analitik məqsədli işlərlə, həmçinin mövcud sinxronotron və beynəlxalq NICA layihəsi üzrə aparılan işlərlə tanış olunub.
 
Kurçatov Elmi Mərkəzində (KEM) yeniliklərlə tanışlıqdan sonra isə  KEM-in direktor müavini və institut rəhbərləri ilə ikitərəfli görüş olub. Görüş zamanı Tədqiqat Nüvə Reaktoru, Atom-Hidrogen energetikası üzrə birgə tədqiqatlar istiqamətində Niyyət Protokolunun hazırlanmasının məqsədəuyğunluğu qeyd edilib. 






NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL