“Microsoft”un yeni təhlükəsizlik sistemi baş vermiş qeyri-adi hadisələr haqda ev sahibini xəbərdar edir
“Microsoft Research”ın Asiyada yerləşən bölməsində çalışan alimlər tərəfindən hazırlanmış süni intellektə əsaslanan təhlükəsizlik sistemi ev sahiblərini kamera qarşısında baş vermiş qeyri-adi hadisələr haqda xəbərdar edir.
“ICTnews” Elektron Xəbər Xidməti “therunet.com” saytına istinadən yazır ki, müasir kameralar hərəkətə reaksiya verə bilir, amma sistemdə qeydə alınan yazılar həddən artıq çoxdur. Ev sahibləri üçün böyük həcmli informasiya arasında baş verənləri ayırd etmək çətindir. “Microsoft” tərəfindən hazırlanmış texnologiya kamera qarşısında baş verən qeyri-adi hadisələr haqda xəbərdar etmək qabiliyyətinə malikdir. Baş vermiş hadisə kifayət qədər vacib olduğu halda sistem ev sahiblərini xəbərdar edir.
Yeni metodun əsasını yüksək dəqiqliklə işləyən neyron şəbəkəsi təşkil edir. Bu neyron şəbəkəsi obyektləri tanıyır, onları izləyir və müəyyən hadisələri qeydə alır. Məsələn, insan büdrəyərək yerə yıxıldığı halda neyron şəbəkəsi bunu qeyri-adi hadisə sayaraq ev sahibini xəbərdar edir.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL