waplog

“ASUS ZenFone 4 Max” smartfonu nümayiş olunub


“ASUS” şirkəti xüsusi akkumulyator tutumu ilə fərqlənən “ASUS ZenFone 4 Max” smartfon modelini təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, smartfon 1920х1080 piksel (Full HD) təsvir ölçülü 5,5 düym diaqonallı ekran, eləcə də işıq diodlu işıqlandırıcıya malik 13 meqapikselli ikili kamera modulu və 8 meqapikselli ön sensorla təchiz edilib. Modifikasiyadan asılı olaraq operativ yaddaş tutumu 4 giqabayt, daxili yaddaş 64 giqabayt təşkil edir.

Bundan başqa, smartfonun iki versiyası (dördnüvəli “Qualcomm Snapdragon 425” və ya səkkiznüvəli “Snapdragon 430” prosessoru ilə) nəzərdə tutulub. Həmçinin, “LTE” şəbəkəsini dəstəkləyən yeni model barmaq izi skaneri ilə təchiz edilib və digər qurğuların enerji toplaması üçün istifadə oluna bilər. Qurğu “ZenUI” interfeysli “Android 7.0 Nougat” əməliyyat sisteminin idarəetməsi ilə işləyir.

Lakin “ASUS ZenFone 4 Max” modelinin əsas fərqləndirici cəhəti videoya baxma rejimində smartfonun 22 saatadək ardıcıl avtonom rejimini təmin edən 5 min milliamper/saat tutumlu akkumulyatordadır. İstehsalçı nümayəndələrinin sözlərinə görə, batareyanın enerji ilə tam doldurulması üçün 4 saat tələb olunur.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL