waplog

Holoqrafik ekranlı ilk smartfon təqdim olunub


“RED” şirkəti unikal holoqrafik ekranı ilə seçilən “RED Hydrogen One” smartfon modelini təqdim edib. Qurğu ilə iş üçün istifadəçilərdən kaska və xüsusi eynəyin geyilməsi tələb olunmur.

“ICTnews” Elektron Xəbər Xidməti “Macdigger” resursuna istinadən yazır ki, istehsalçı nümayəndələrinin sözlərinə görə, “RED Hydrogen One” dünyada həm adi, həm holoqrafik kontenti, həm də “2D” və “3D” formatlı əlavə reallığı göstərən ilk smartfondur. “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən yeni qurğunun qiyməti 1200 dollar təşkil edir.  

Qeyd olunur ki, qurğu adi qulaqcıqla musiqi dinlənilən zaman stereo səsi 5.1 sisteminə çevirir. “Hydrogen One” smartfonunun daha bir xüsusiyyəti “2D” formatından “3D” standartına avtomatik keçməklə əlavə reallıq elementlərini əlavə etməyə imkan verən ekran rejiminin işidir.

“Hydrogen One” növbəli modulları dəstəkləyəcək. “RED” çəkiliş üçün sistemləri istəyə uyğun yaxşılaşdırmağa və təkmilləşdirməyə imkan verəcək kameralar istehsal edir. Xüsusi çıxış vasitəsilə aksessuarları qoşaraq smartfonun funksiyalarını dəyişdirmək mümkün olacaq.

Alüminium korpuslu “Hydrogen One” modeli üçün ilkin sifarişlər 1200 dollara qəbul edilir. Titan versiyanın qiyməti 1600 dollara bərabərdir. Qurğunun satışına növbəti ilin əvvəlində başlamaq nəzərdə tutulur.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL