waplog

“Samsung” şirkəti “Galaxy On Max” smartfonunu təqdim edib


Cənubi Koreyanın “Samsung” şirkəti yeni “Galaxy On Max” smartfonunu rəsmən təqdim edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “ilenta.com” saytına istinadən yazır ki, yeni smartfon ötən ay təqdim edilmiş “Galaxy J7 Max” cihazı ilə oxşar olsa da,  bir sıra fərqlər var.
 
“Samsung Galaxy On Max” smartfonu metal korpusa malikdir, 5.7 düymlük “Full HD” təsvir ölçülü 2.5D IPS ekran, 8 nüvəli “MediaTek Helio P20” çipi, 4 QB-lıq əməli yaddaş və 32 QB-lıq daxili yaddaş ilə təchiz edilib və 256 QB-dək tutumda “microSD” kart dəstəyinə malikdir.
 
“Home” düyməsinə barmaq izlərinin skaneri qurulub, akkumulyator batareyasının tutumu 3300 milliamper/saat təşkil edir, 13 meqapiksellik əsas və ön kamera mövcuddur.
 
Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL