Alimlər beyin silkələnməsini aşkar edən mobil proqram yaradıblar
ABŞ-dan olan mütəxəssislər tərəfindən yaradılmış mobil proqram insanda beyin silkələnməsini aşkar etməyə imkan verəcək. Proqnozlara görə, ən yeni diaqnostikanın dəqiqliyi 98% təşkil edə bilər.
“ICTnews” Elektron Xəbər Xidməti “dni24.com” saytına istinadən yazır ki, bir çoxlarına məlumdur ki, beyin silkələnməsinin diaqnostikası üsullarından biri göz bəbəyinin işığa olan reaksiyasının ölçülməsidir. Bu prinsip əsasında istehsalçılar aparata xüsusi işıqlandırıcı qurublar.
Birinci mərhələdə işıqlandırıcı beyni silkələnmiş şəxsin gözünə tutulur və kamera göz bəbəyinin genişlənməsini qeydə alır. İkinci mərhələ informasiyanın emalını əhatə edir və sonda mobil proqram yekun qərar verir.
Bu üsul hər bir kəs üçün əlçatandır.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL