Virtual reallıq fiziki dünyaya nüfuz edir
“Ericsson ConsumerLab” tədqiqat bölməsində çalışan ekspertlərin qənaətinə görə, virtual (VR) və artırılmış (AR) reallıqların ən müxtəlif sahələrdə aktiv tətbiqi "birləşdirilmiş reallığ”ı (“merged reality”) formalaşdırır. “Birləşdirilmiş reallıq”da artırılmış, virtual və fiziki dünyalar arasındakı sərhədlər yoxa çıxır.
“ICTnews” Elektron Xəbər Xidməti “computerworld.ru” saytına istinadən yazır ki, rəyi soruşulmuş istifadəçilərin fikrincə, “VR/AR” texnologiyaları media, təhsil, iş, sosial ünsiyyət, səyahət və pərakəndə ticarət kimi sahələri tamamilə dəyişdirəcək. Həmçinin onlar əmindirlər ki, virtual məkan məktəb və ofisləri sıxışdırıb çıxaracaq, 1 il sonra virtual ekranlar televizor və teatrları əvəz edəcək. Respondentlərin 25%-i belə düşünür ki, gələn il “AR” texnologiyaları səyahətlər haqda informasiyanın əldə edilməsində istifadə olunacaq.
İstifadəçilərin fikrincə, aşağı mobillik, böyükölçülü qurğular və örtüyün eyni olmaması virtual reallığın yayılmasına mane olur. Bundan başqa, bir çoxları qeyd edir ki, bəzi “VR” proqramlardan istifadə zamanı yaranan yırğalanma da mühüm problemdir.
İstifadəçilərin qənaətinə görə, “5G” texnologiyası "birləşdirilmiş reallığ"ın inkişafında aparıcı rol oynayacaq. Respondentlərin 36%-i hesab edir ki, internetə sabit qoşulma imkanına malik və məlumatların yüksək sürətlə ötürülməsini təmin edən “5G” texnologiyası “VR/AR” qurğuların mobilliyini təmin edə bilər.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL