“Android 7.1” versiyası istifadəçidə təşvişi aşkar edir
“Android” mobil əməliyyat sisteminin yeni versiyasında qeyri-adi funksiya – "təşvişin aşkar edilməsi rejimi" mövcuddur. Smartfon sahibi özünü qəribə apardığı halda bu funksiya aktivləşir. Funksiya zərərverici və ya donub qalmış proqramdan çıxmağa kömək edəcək.
“ICTnews” Elektron Xəbər Xidməti “macdigger.ru” saytına istinadən yazır ki, “Google” şirkətinin “Android” sistemi üçün müntəzəm olaraq təhlükəsizlik yeniləmələri çıxarmasına baxmayaraq, bu platforma üçün əvvəlki kimi zərərverici proqram şəklində təhdid mövcuddur. Bu proqramların bəziləri fon rejimində işləyir, başqaları ekranda əks olunur. Belə proqramlardan bir çoxu ekranda müxtəlif bannerlər göstərir, eyni zamanda proqramı bağlamaq və ya çevirmək imkanını blok edirlər. “Google” bu problemin sadə həllini tapıb.
İstifadəçi qısa müddət ərzində "Geri" düyməsinin üzərinə dəfələrlə sıxarkən “Android 7.1” versiyası bunu aşkar edir. Belə hərəkətlər adətən ondan xəbər verir ki, istifadəçi proqramdan çıxa bilmir.
Əməliyyat sistemi cihaz sahibinin təşviş zamanı "Geri" düyməsinin üzərinə sıxdığını aşkar etdikdə yeni rejimi aktivləşdirir. Bundan sonra əsas işçi masası açılır və oradan zərərverici proqramı silmək və ya antivirus proqram təminatını işə salmaq olar.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL