waplog

“Fujitsu” şirkəti təhlükəsiz smartfon təqdim edib


Yaponiyanın "Fujitsu" şirkəti tərəfindən təqdim edilmiş "Arrows M04" smartfonu yüksək təhlükəsizlik səviyyəsinə malikdir.
 
"ICTnews" Elektron Xəbər Xidməti "dailycomm.ru" resursuna istinadən yazır ki, qurğu "IP65/68" (cihaz su və toza qarşı, həmçinin 1,5 metr  hündürlükdən yerə düşməyə dayanıqlıdır) və "MIL-STD-810G" sertifikatlarına malikdir. Sonuncu sertifikat ekstremal temperatur, qum tufanları, donma və günəş radiasiyasının təsirindən qorumanı nəzərdə tutur. Bundan başqa, istehsalçının məlumatına görə, çimərkən "Arrows M04" smartfonundan cəsarətlə istifadə etmək olar. Hətta cihazı yuyucu vasitələrlə yumaq olar.
 
Smartfon "Qualcomm Snapdragon 410" prosessoru, 2 QB-lıq əməli və 16 QB-lıq daxili yaddaş, 2 ədəd kamera (13,1 və 5 meqapiksellik) və 2580 milliamper/saat tutumunda akkumulyator batareyası ilə təchiz edilib.
 
5 düymlük displeyin təsvir ölçüsü 1280x720 piksel təşkil edir. 8 mm-lik aparatın qalınlığı 148 qramdır. Həmçinin teleskopik televizor antenasının mövcudluğunu  qeyd etmək lazımdır.
 
Hazırda "Fujitsu Arrows M04" modelinin satışa çıxarılma tarixi və qiyməti məlum deyil.
 
Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL