waplog

Simsiz enerjidoldurmanı dəstəkləyən ilk noutbuk təqdim edilib


“Apple” şirkəti simsiz enerjidoldurma sisteminə malik smartfon çıxarmağı planlaşdırdığı halda, “Dell” şirkəti bu texnologiyanı artıq noutbuklarda tətbiq edir. Şirkət tərəfindən təqdim edilmiş noutbuklar seriyası dünyada ilk dəfə simsiz şəkildə enerji ilə doldurula bilir. Qurğular yeddinci nəsil “Intel Core” prosessorları ilə təchiz edilib və istifadəçinin məlumatlarının mühafizəsi üçün şifrləmə funksiyası təklif edilir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “macdigger.ru” saytına istinadən yazır ki, 12,3 düymlük “Latitude 7285” noutbuku çıxarılıb taxılan klaviaturaya malik yığcam kompüter formasındadır: həm noutbuk, həm də planşet kimi istifadə etmək olar. "Planşet" hissəsi kabelsiz enerji toplaya bilmir, buna görə onu belə opsiyanı dəstəkləyən klaviaturaya qoşmaq lazımdır.
 
Displeyin təsvir ölçüsü 2880×1920 nöqtə təşkil edir. Konfiqurasiya “Core i5” və ya “i7” prosessoru, 8 və ya 16 QB əməli yaddaş, 128, 256 və ya 512 QB tutumlu sərtgövdəli daşıyıcını dəstəkləyir.
 
12,3 düymlük “Latitude 7285” kompüterinin qiyməti 1200 dollardır. “Wireless Charging Keyboard” simsiz enerjidoldurma və “Wireless Charging Mat” enerjidoldurma altlığı imkanına malik klaviatura üçün əlavə olaraq 550 dollar ödəmək lazımdır.
 
Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL