waplog

Çində süni intellekt şəhərciyi yaradılıb


Çinin Xançjou şəhərində süni intellekt texnologiyalarının inkişafı sahəsində son nailiyyətlərin təmsil olunduğu şəhərcik istifadəyə verilib.
 
"ICTnews" Elektron Xəbər Xidməti "Tvkultura" resursuna istinadən yazır ki, ən böyük sərgilərdən hesab edilən şəhərcikdə 15 platformalı 90 müxtəlif layihə təmsil olunub. İştirakçılar yemək hazırlayan, rəqs edən və danışan robotlar, eləcə də oyun platformaları və tədqiqat aparatları görmək imkanı əldə edəcəklər.
 
Layihə nümayəndələrinin sözlərinə görə, bu, tədqiqatlar üçün yaxşı bazadır və sərfəli maliyyə aktividir. Həmçinin, şəhərcik gənc istedadların yeni layihələrə cəlb edilməsi üçün yerə çevriləcək.
 
Qeyd edək ki, Xançjou Çinin informasiya texnologiyaları (IT) və süni intellekt texnologiyaları (AI) sahəsində ən qabaqcıl şəhərlərindən hesab olunur. Şəhərdə internet ticarəti və yüksək texnologiyalarla məşğul olan çoxlu şirkətlərin ofisləri yerləşir.  
 
Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL