İlon Mask bəşəriyyət üçün əsas təhlükəni açıqlayıb
“SpaceX” və “Tesla” şirkətlərinin təsisçisi İlon Mask Milli Qubernatorlar Assosiasiyasının görüşündə çıxışı zamanı süni intellektin bəşəriyyətin sivilizasiya kimi qarşılaşdığı əsas təhlükə olduğunu bildirib.
“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, şirkət yaradıcısı mütəxəssislərin daha qabaqcıl texnologiyaların yaradılmasına aludə olaraq süni intellektin törətdiyi təhlükələr barədə unuda biləcəklərindən ehtiyat edir.
“Robotlar saxta xəbərlər və pres-relizlər buraxmaqla, elektron poçt kod-parollarını saxtalaşdırmaqla və informasiya ilə manipulyasiya etməklə müharibənin başlanmasına səbəb ola bilərlər. Qələm qılıncdan itidir”, - o qeyd edib.
İ.Mask vurğulayıb ki, ən qabaqcıl süni intellektdən istifadə etdiyinə görə onun sözlərinə inanmağa çağırıb.
Onun fikrincə, bu sahədə şirkətlərin mükəmməl süni intellekt yaratmaq istəyinin qarşısını ala biləcək dövlət tənzimləməsinə ehtiyac duyulur.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL