waplog

“Android” smartfonlar bazarında liderliyini davam etdirir


“IDC” analitik şirkəti 2017-ci ilin birinci rübü üçün smartfonlar bazarının vəziyyətinə həsr edilən yeni hesabat dərc edib. Hesabat dövrünün yekunlarına görə, 2017-ci ildə “Android” mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən smartfonların payı 85 faizə çatıb, “iOS” sistemli qurğuların isə 14,7 faizədək azalıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Macdigger” resursuna istinadən yazır ki, üç ay əvvəl pərakəndə satış şəbəkələrində “iOS” qurğularının tədarükündə kəskin artım müşahidə olunub. Buna səbəb isə “iPhone 7” və “iPhone 7 Plus” smartfon modellərinin buraxılışı olub. Bu il də eyni vəziyyətin davam edəcəyi gözlənilir.
 
Məlumata görə, ilin birinci yarısında “Windows Phone” əməliyyat sisteminin idarəetməsi ilə işləyən smartfonların payı 0,1 faiz təşkil edib. Azalma son 12 ay ərzində qeydə alınıb. 2016-cı ilin birinci rübündə “Windows Phone” sisteminin göstəricisi 0,8 faiz olub ki, bu da əhəmiyyətli nəticə hesab edilmir.
 
Bildirilir ki, digər mobil əməliyyat sistemlərinin payı 0,1 faizə bərabər olub. Buradakı vəziyyət digər əməliyyat sistemlərində tam durğunluğun hökm sürməsinə görə təəccüb doğurmur.
 
Bazardakı vəziyyətə brendlərə görə nəzər salınsa, birinci yeri 23,3 faizlik payla “Samsung” şirkəti tutur, ikinci yerdə “Apple” istehsalçısı (14,7 faiz) qərarlaşıb. Üçüncü pillədə 10 faizlik nəticə ilə “Huawei” şirkəti yer alıb. Sonrakı mövqeləri “OPPO” (7,5 faiz) və “Vivo” (5,5 faiz) şirkətləri tutub.
 
Hesabat dövründə smartfonun orta qiyməti 220 dollar təşkil edib. Analitiklərin proqnozlarına görə, 2021-ci ildə bu göstərici 198 dollaradək azalacaq.  
 
Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL