waplog

“Blippar” əlavəsində yeni funksiya istifadəyə verilib


“Blippar” əlavə reallıq proqramında istifadəçinin sifətini onun haqqında informasiya mənbəyinə çevirən “Halos” funksiyası istifadəyə verilib. Yeni funksiya sayəsində istifadəçilər şirkətin serverlərinə özləri haqqında istənilən məlumatı yükləyərək başqalarının yararlanmasına imkan yarada bilərlər.
 
“ICTnews” Elektron Xəbər Xidməti “theRunet” resursuna istinadən yazır ki, əvvəlcə istifadəçidən kamera vasitəsilə öz portretini skan edərək onu “Blippar” serverlərinə yükləmək tələb olunur. Bundan sonra istifadəçi ona özü haqqında məlumatları (məsələn, sevimli ifaçılar, xoşladığı “Twitter” şərhləri, “YouTube” videoları) əlavə edə bilər. Daha sonra istifadəçiyə kameranı yönəldən şəxs əlavəni açmaqla bu informasiyanı görmək imkanı əldə edəcək. Məlumatlar istifadəçinin başı üzərində işıqlı forma yaradan köpüklərdə göstəriləcək.    
 
“Blippar” rəhbəri Ambariş Mitranın sözlərinə görə, bu özünüifadə üçün unikal üsuldur. “Biz insanları sifətlərinə görə identifikasiya edirik, yeni funksiya isə onun rəqəmli analoqudur”, - o vurğulayıb.
 
“Blippar” yeni funksiyadan kommersiyada istifadəni və texnologiyanı kənar şirkətlərə satmağı planlaşdırır. Şirkət rəhbərinin fikrincə, “Halos” bank sahəsinin nümayəndələri üçün cəlbedici olacaq.
 
Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL