İlk sürücüsüz elektroavtobusun satışlarına başlanacaq
Fransanın “NAVYA” şirkəti ilk elektrik sürücüsüz “ARMA” mikroavtobusu üçün sifarişlərin qəbuluna başlayıb.
“ICTnews” Elektron Xəbər Xidməti “Hi-News” resursuna istinadən yazır ki, “lidar” optik ötürücüləri, hərəkət ötürücüləri, “GPS” naviqasiya sistemi və kameralarla təchiz edilən elektroavtobus yolda hərəkət edərək digər avtomobilləri, ağac və piyadalar üçün yol nişanlarını fərqləndirə bilir. Yeni nəqliyyat vasitəsinin sürəti aşağı olsa da, ondan taksi kimi istifadə etmək mümkündür.
Məlumata görə, “ARMA” artıq Fransa Atom Elektrik Stansiyasının əməkdaşlarını bir dəfəyə 15 sərnişin olmaqla təyinat yerinə çatdırmağa başlayıb.
Qeyd olunur ki, mikroavtobus dizellə işləyən digər analoqlarından daha qənaətcildir. Çünki elektroavtobusa texniki xidmət üçün az vəsait tələb olunur, həmçinin elektrik enerjisi benzin və ya solyar yağından ucuzdur, işə sürücü götürməyə isə ehtiyac yoxdur.
Elektroavtobusun qiyməti açıqlanmasa da, nəqliyyat vasitəsinin təkcə AES əməkdaşları üçün deyil, hamıya gərəkli olacağı bildirilir.
Şirkətin məlumatına görə, yaxın vaxtlarda yığılmasına başlanılacaq avtobusların tədarükləri bu ilin üçüncü rübünə planlaşdırılır.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL