“LG Q8” smartfonu təqdim edilib
“LG” şirkəti “V20” modelinin kiçik versiyası hesab edilən “Q8” smartfonunu təqdim edib.
“ICTnews” Elektron Xəbər Xidməti “IXBT” resursuna istinadən yazır ki, “Gorilla Glass 4” şüşəsi ilə mühafizə olunan “Quantum IPS” ekranının ölçüsü 5,2 düym diaqonal, təsvir ölçüsü “QHD” (2560 x 1440 piksel) təşkil edir. Xatırladaq ki, “LG V20” smartfonunun displeyinin diaqonalı 5,7 düym olmaqla eyni təsvir ölçüsünə malikdir. Ölçüsü kiçik yardımçı ekran da “LG V20”-də olduğu kimi, eyni təsvir ölçülüdür (160 x 1040 piksel).
Məlumata görə, “SoC Snapdragon 820” prosessoruna malik qurğu 4 giqabaytlıq operativ, 32 giqabaytlıq quraşdırılmış yaddaş, eləcə də “microSD” çıxışı ilə təchiz edilib.
Qoşa əsas kamerada 13 və 8 meqapiksel təsvir ölçülü modullardan istifadə olunub. Optik stabilləşdirmə sistemi ilə təchiz edilən kamera “4К” formatlı video çəkilişini dəstəkləyir. Ön kameranın təsvir ölçüsü 5 meqapikselə bərabərdir və videonu “Full HD” standartında çəkir.
Həmçinin, smartfon “IP68” mühafizə sistemi, “ESS9218” (Quad DAC) rəqəmli-analoq dəyişdiricisinə malik səs alt sistemi, “Android 7.0 Nougat” əməliyyat sistemi və 3 min milliamper/saat tutumlu akkumulyatorla təchiz olunub. Qabarit ölçüsü 149 x 71,9 x 8 millimetrə bərabər qurğunun çəkisi 146 qram təşkil edir.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL