waplog

Yeni dron iki rejimdə uçacaq


Sinqapur Texnologiya və Dizayn Universitetinin mühəndisləri (SUTD) havada iki rejimdə - vertikal və horizontal şəkildə uça bilən kompakt “Transformable HOvering Rotorcraft” (THOR) pilotsuz uçan aparatını yaradıblar. Aparat təyyarə kimi şığıyır və havada vertolyot kimi dövrə vurur.  
 
“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, “THOR” yüksək uçuş effektivliyinə malikdir: aparat təyyarə rejimində uzaq məsafələrə yükdaşımaları üçün istifadə oluna bilər, dövrə vurma rejimində isə məhdud məkan şəraitində manevrlər etmək qabiliyyətinə malikdir. Dron havada olan zaman iki rejim arasında keçid edir: onun qanadları rotora çevrilərək mərkəzi modul ətrafında bir pərli vertolyot kimi fırlanmağa başlayır.  
 
Mühəndislər bildirib ki, aparatın rejimin dəyişdirilməsi zamanı hündürlüyü itirərək mümkün düşməsinin qarşısını almaq üçün onun üzərində tamamlama işlərinin aparılmasına ehtiyac duyulur.
 
Məlumata görə, kompakt ölçülər və yüksək manevrlik qabiliyyətinə görə “THOR” perspektivdə müxtəlif sahələrdə, o cümlədən müşahidələrin aparılması, məhsulların çatdırılması və kənd təsərrüfatında tətbiq edilə bilər.  
 
Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL