Süni intellekt bədən “dil”ini başa düşəcək
Karnegi-Mellon Universitetinin alimləri insan jestlərinin dilini asanlıqla “oxuyaraq” əldə edilən informasiyanı interpretasiya edə bilən proqram yaradıblar.
“ICTnews” Elektron Xəbər Xidməti “Hi-News” resursuna istinadən yazır ki, alimlər texnologiyada 2 mərtəbə hündürlüyündə böyük günbəzin daxilində quraşdırılan 500 yüksək dəqiqlikli videokameradan istifadə ediblər. Beş yüz kamera çoxsaylı informasiya emal edir, bir kadrın çəkilişində isə bütün vizual informasiyanın təhlili üçün çoxlu hesablama resursları tələb olunur. Bu halda sistem eyni anda üz ifadəsinin, başın, bədənin, ayaq və bütün əl barmaqlarının vəziyyətinin qiymətləndirməsini həyata keçirir. Layihə rəhbəri Yasər Şeyxin sözlərinə görə, insan öz vəziyyətini və emosiyalarını səsi ilə üz ifadəsi, hərəkətlər və bədən pozasından daha yaxşı bildirir.
“Lakin kompüterlər son vaxtadək bədən “dil”inin qarşısında aciz qalıblar. Biz süni intellektə insanın dünyaya gələndən bacardığının hamısını öyrətməyə nail olduq. Hazırda proqram təminatının sistemin analizi üçün 1 kamera ilə kifayətlənməsi üçün təkmilləşdirilməsi planlaşdırılır. Həmçinin, sistemin bir-biri ilə təmasda olan insan qrupunun bədən “dil”ini başa düşməsi üçün onu təkmilləşdirmək niyyətindəyik”, - layihə rəhbəri qeyd edib.
Layihə haqqında ətraflı məlumatın bu günlərdə keçirilən “Computer Vision and Pattern Recognition Conference (CVPR) 2017” konfransında verilməsi nəzərdə tutulur.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL