waplog

Dünya robot texnikası bazarında 2,5 dəfə artım gözlənilir


“IDC” analitik şirkəti 2017-ci ildə dünyada robot texnikasının (o cümlədən uçan aparatlar və robot texnikası ilə əlaqəli avadanlıq, proqram və xidmətlər) satış həcminin 97,2 milyard dollar təşkil edəcəyini proqnozlaşdırır. Bu, ötən ilin göstəricisindən 17,9 faiz çoxdur. Yaxın 5 ildə bazarda artımın sürətlənərək 2021-ci ilədək həcminin 230,7 milyard dollara çatacağı gözlənilir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Computerworld” resursuna istinadən yazır ki, robot texnikasının iri alıcıları diskret və fasiləsiz istehsal müəssisələri olaraq qalacaq. 2017-ci ildə onların müvafiq olaraq 30,5 və 24,1 milyard dollar dəyərində mal və xidmətlər alacağı proqnozlaşdırılır. Sonrakı yerləri hasilat sənayesi və kənd təsərrüfatı müəssisələri tutacaq. Bu il onların payı 9 milyard dollara yaxın olacaq. Dünyada satış həcminin təxminən dörddə bir hissəsinin diskret istehsalda yığma, qaynaq və rəngləmə prosesində tətbiq edilən robotların, daha 15 faizinin isə fasiləsiz istehsalda qarışdırma üçün robotların təşkil edəcəyi bildirilir.
 
Qeyd olunur ki, bazar həcminin yarısından çoxunu (50,7 milyard dollar) robot texnikası sistemləri, ehtiyat hissələri və sistem avadanlığı təşkil edir. Bu il proqramların hazırlanması, təlimi, konsultasiyası, avadanlığın qurulması və sistem inteqrasiyası üzrə xidmətlərə 24 milyard dolların, proqram təminatına 15,2 milyard dolların, pilotsuz uçan aparatların və onlar üçün ehtiyat hissələrinin alışına 7 milyard dolların ayrılacağı proqnozlaşdırılır.  
 
Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL