Qabaqcıl “Samsung” smartfonları qoşa kamera ilə təchiz ediləcək
“Samsung Electronics” şirkəti qoşa kamera ilə təchiz edilən qabaqcıl smartfon modellərinin buraxılışına başlamağı planlaşdırır. Bu barədə “Shinhan Investment” investisiya şirkətinin analitiki Park Heq U məlumat verib.
“ICTnews” Elektron Xəbər Xidməti “Ferra” resursuna istinadən yazır ki, məlumata görə, “Samsung Electro-Mechanics” bölməsi cari ilin ikinci yarısından etibarən qabaqcıl “Samsung” smartfonları üçün qoşa kamera modullarının tədarükünə start verəcək.
“Samsung Galaxy Note 8” qurğusunun kamerası 12 meqapikselli enlibucaqlı modula və 13 meqapikselli telefoto moduluna malik olmaqla birlikdə üçqat optik zummeri təmin edəcək. Gələcək “Galaxy S9” və “Note 9” modellərinin də qoşa kamera ilə təchiz ediləcəyi gözlənilir.
Xatırladaq ki, “Galaxy Note 8” Cənubi Koreya istehsalçısının ilk qoşa kameralı smartfonu olacaq. Şirkət rəsmən təsdiq edib ki, smartfon avqustun 23-də Nyu-Yorkda keçiriləcək tədbirdə təqdim ediləcək. Satışlara bir ay sonra başlamaq planlaşdırılır.
Məlumata görə, “Galaxy Note 8” modeli “Samsung” şirkətinin ən bahalı smartfonu olacaq. Belə ki, qurğunun qiyməti Cənubi Koreyada təxminən 1000 dollar, Avropa, Cənubi və Şimali Amerikada 1100 dollar təşkil edəcək.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL