“Android” sistemli ilk “Nokia” smartfonunun təqdimat tarixi məlum olub
“HMD” şirkəti avqustda “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyəcək yeni qabaqcıl “Nokia” smartfonunun nümayişini planlaşdırır. Bu münasibətlə şirkət jurnalistlərə avqustun 16-da Londonda keçiriləcək tədbirə dəvətnamə göndərməyə başlayıb. Tədbirdə Finlandiya istehsalçısı 13 meqapikselli “Carl Zeiss” kamerası ilə təchiz edilən yeni “Nokia 8” smartfonunun nümayişini nəzərdə tutur.
“ICTnews” Elektron Xəbər Xidməti “theRunet” resursuna istinadən yazır ki, “Nokia” şirkətinin Almaniyanın optik avadanlıq istehsalçısı ilə əməkdaşlığı bərpa etməsi bu ayın ortalarında məlum olub. “Carl Zeiss” kameraları şirkətin əvvəlki modellərində, məsələn, “808 PureView”, “N93”, “Lumia”, “N8” və s. quraşdırılıb. Şirkətlərin əməkdaşlığı brend “HMD Global” tərəfindən satın alındıqdan sonra dayandırılıb.
Məlumata görə, “Nokia 8” modeli 5,3 düym diaqonallı ekran, “Qualcomm Snapdragon 835” prosessoru, 4 giqabayt və ya 6 giqabayt operativ və 64 giqabayt tutumlu quraşdırılmış yaddaşla təchiz ediləcək. Həmçinin 2 SİM kartlı modeli əldə etmək mümkün olacaq. İyulun 24-də internetdə mis rəngli modelin fotoşəkilləri yayılıb. Bununla yanaşı, şirkətin mavi və gümüşü rəngli smartfonlar təqdim edəcəyi gözlənilir.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL