waplog

İkiekranlı “Meizu” smartfonları rəsmən təqdim olunub


Çinin “Meizu” şirkəti 2 yeni qabaqcıl smartfonu - “Pro 7” və “Pro 7 Plus” modellərini rəsmən təqdim edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, qurğular arxa paneldə yerləşən yardımçı ekranla təchiz olunub. Sensor “AMOLED” ekranın diaqonalı 1,9 düym (240х536 piksel) təşkil edir və müxtəlif bildirişlərin göstərilməsi üçün nəzərdə tutulub. Bundan başqa, onun vasitəsilə musiqi pleyerini idarə etmək və avtoportretlərin çəkilişi zamanı əsas kameraya nəzarət etmək mümkündür.
 
Həmçinin hər iki smartfon f/2.0 aperturlu 12 meqapikselli rəngli və monoxrom sensordan ibarət qoşa fotomodulla təchiz edilib. Bundan əlavə, qurğular 16 meqapikselli ön kameraya malikdir. Lakin yeni qurğular arasında müəyyən fərqlər də var.
 
Belə ki, “Full HD” təsvir ölçülü 5,2 düym diaqonallı “Super AMOLED” displeylə təchiz edilən “Meizu Pro 7” səkkiznüvəli “Mediatek Helio P25” prosessoru əsasında işləyir. Həmçinin qurğunun operativ yaddaş tutumu 4 giqabayt, quraşdırılmış yaddaşı 128 giqabayt təşkil edir. “Meizu Pro 7” sürətli enerji doldurma funksiyalı 3 min milliamper/saat tutumlu akkumulyatora malikdir.
 
Öz növbəsində, “Meizu Pro 7 Plus” modeli “Quad HD” təsvir ölçülü 5,7 düym diaqonallı “Super AMOLED” ekran, onnüvəli “Mediatek Helio X30” prosessor, 6 giqabayt operativ yaddaş və 3500 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib.
 
Qurğuların ilkin mərhələdə avqustun 5-dən etibarən Çində satışa çıxarılması planlaşdırılır. “Meizu Pro 7” smartfonunun başlanğıc qiyməti 430 dollar, “Meizu Pro 7 Plus” modelinin 530 dollar təşkil edir.
Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL