waplog

Robot ilan suyun təmizliyinə nəzarət edəcək (VİDEO)


Lozanna Federal Politexnik Məktəbinin (EPFL) mühəndislər qrupu suyun təmizliyinə nəzarət və onun çirkləndirilmə mənbələrinin axtarışı üçün nəzərdə tutulan ilanabənzər robot yaradıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, yarım metr uzunluğunda robot mühərriklə təchiz edilən bir neçə moduldan ibarətdir. Bundan başqa, bəzi modullarda çirklənmə və temperatur ötürücüləri quraşdırıla bilər. Çirklənmə ötürücüsü suyun elektrik müqavimətini ölçür ki, bu da onun müəyyən maddə ilə çirkləndirilməsi faktını aşkarlamağa imkan verir. Robotun modullu konstruksiyası onun uzunluğunu, ötürücülərin sayını və dəstini dəyişdirməyə, eləcə də daşınmasını sadələşdirməyə şərait yaradır.
 
Məlumata görə, robot prototipinin sınaqları Cenevrə gölündə keçirilib. Suyun çirkləndirilməsini imitasiya edən tədqiqatçılar sahil yaxınlığında duz səpiblər, robot isə real vaxt rejimində onun keçiriciliyinin dəyişməsi barədə məlumatları ötürərək çirkləndirilməsini müəyyənləşdirib.
 
Hazırda alimlər robot üçün digər sensorların laboratoriya sınaqlarını aparırlar. Mütəxəssislərin sözlərinə görə, sensor prototipləri öz effektivliyini sübut edib və perspektivdə onlarla təchiz edilən robot ilanlar avtomatik rejimdə və ya operatorun idarəetməsi ilə göllərin monitorinqi üçün istifadə oluna bilər.
 
Nizam Nuriyev 



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL