waplog

Banklar üçün “DDoS” hücumlarından orta ziyan nə qədər olub?


"Kasperski laboratoriyası" antivirus şirkəti 2016-cı ildə maliyyə müəssisələri üçün təhlükələrin tədqiqatını aparıb.  

"ICTnews" Elektron Xəbər Xidməti "SecurityLab" resursuna istinadən yazır ki, məlumata görə, şirkətlər "DDoS" hücumlarından getdikcə daha çox ziyan çəkir. Statistikaya görə, 2016-cı ildə hər dördüncü bank (26 faiz) "DDoS" hücumları ilə qarşılaşıb. Maliyyə təşkilatları üçün bu göstərici ümumilikdə 22 faiz təşkil edib. Banklar üçün bu növ hücumdan orta ziyan 1,17 milyon dollara, digər sahələrin müəssisələri üçün 952 min dollara bərabər olub.  
 
Bildirilir ki, ziyan çəkən təşkilatların 52 faizi ictimai internet servislərinin işindən uzun müddət istifadə edə bilməyib və ya keyfiyyətinin pisləşməsi ilə rastlaşıb. İnsidentlərin 43 faizində "DDoS" hücumundan digər zərərli əməliyyatların həyata keçirilməsi üçün maskalanma kimi istifadə olunub. Bank saytları tez-tez belə hücumların hədəfinə çevrilsə də, bu, yeganə zəif yer deyil. Təxminən bir o qədər sayda respondentin (48 faiz) internet bankçılığı və onlayn servisləri "DDoS" hücumlarına məruz qalıb.  
 
Şirkətin "Kaspersky DDoS Protection" istiqamətinin rəhbəri Aleksey Kiselev qeyd edib ki, bank sektorunda böyük əhəmiyyətə malik reputasiya təhlükəsizliklə sıx əlaqədardır. "Bankın onlayn servislərindən istifadə qeyri-mümkün olan zaman bu, müştərilərin etibarını sarsıdır. İnternet bankçılığı ilə əlaqədar kiberinsidentlərdən səmərəli mühafizə üçün şirkətlər onlara daha hazırlıqlı olmalıdır. Məsələn, "DDoS" hücumlarını mümkün qədər tez müəyyənləşdirən və onları dəf edə bilən həllərə daha çox diqqət yetirilməlidir", - şirkət nümayəndəsi vurğulayıb.   
 
Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL