waplog

“Microsoft” məhsullarında səhvlərin aşkarlanmasına görə 250 min dollar ödəniləcək


“Microsoft” korporasiyası “Windows 10” əməliyyat sistemində boşluqların aşkarlanması üçün nəzərdə tutulan yeni “Windows Bounty Program” proqramını istifadəyə verib. Sistemdə səhv tapan üçün maksimal mükafat 250 min dollar olacaq.

Korporasiya “Hyper-V” virtuallaşdırma sistemində səhvlərin aşkarlanmasına görə maksimum məbləğ ödəyəcək.

“ICTnews” Elektron Xəbər Xidməti “Macdigger” resursuna istinadən yazır ki, “Microsoft Edge” brauzerində və sınaq “Windows Insider Preview” sistemində tapılan səhvlərə görə mükafat 15 min dollar məbləğində müəyyənləşdirilib. “Microsoft” əməkdaşı boşluğu tez aşkar edəndə də korporasiya kənar tədqiqatçıya - problemi ikinci aşkarlayan şəxsə mükafat məbləğinin 10 faizini (25 min dollar) ödəyəcək.  
“Microsoft” əvvəllər də oxşar proqramlar həyata keçirib. O zaman istifadəçilərə “Windows 8.1” sistemində boşluqların aşkarlanmasına görə 100 min dollar ödənilib. İri şirkətlər, məsələn, “Apple” və ya “Facebook” məhsullarda səhvlərin aşkarlanmasına görə pul ödəyir.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL