Kiberidmançıların minimal əmək haqları artır
Kiberidmançı peşəsi ildən-ilə nüfuz qazanır. Kiberidmanın inkişafı və populyarlaşması ilə bu sahəyə vəsait qoyuluşu daim artır ki, bu da peşəkar oyunçuların qazancına müsbət təsir göstərir.
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, “Blizzard” şirkətinin məlumatına görə, “Overwatch” rəsmi kiberidman liqasının oyunçularının illik minimal əmək haqları 50 min dollar təşkil edəcək. Yeni oyunçuları işə qəbul edən komandalar onlara bu minimum məbləği ödəməli olacaqlar. Bununla yanaşı, onlarla müqavilələr 1 illik müddətə imzalanacaq. Komandanın vəzifələri sırasına, həmçinin, iştirakçıları tibbi sığorta etmək və onlar üçün pensiya yığımları üzrə planlar hazırlamaq daxildir.
Məlumata görə, lakin əməkhaqqı kiberidmançıların yeganə qazancı olmayacaq. Çünki onlara bundan əlavə mükafatlar (çempionatlarda udulan məbləğin yarısı komanda iştirakçıları arasında bölüşdürülür) veriləcək. Məsələn, “Overwatch League” liqasının birinci mövsümü üçün mükafat fondu 3,5 milyon dollar təşkil edir ki, bunun da 1 milyon dolları qaliblərə təqdim ediləcək.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL