Yeni süni intellekt təxəyyüldən istifadə edəcək
“DeepMind” şirkəti sonrakı hərəkətlərin planlaşdırılması üçün öz təxəyyülündən istifadə edən yeni süni intellekt yaradıb.
“ICTnews” Elektron Xəbər Xidməti “Hi-News” resursuna istinadən yazır ki, mütəxəssislərin sözlərinə görə, təsəvvür etmək qabiliyyətinə malik süni intellekt proqramları sonradan ediləcək hərəkətlər barədə düşünərək nəticədə hansı hərəkətlərin daha yaxşı olacağını proqnozlaşdırırlar.
“DeepMind” saytında “I2As” (Imagination-Augmented Agents) adlanan süni intellekt proqramlarının yaradıcıları təxəyyül əsasında yeni planlaşdırma yanaşması haqqında məlumat verərək proqramların təsəvvür və yaddaşdan istifadə etməyi öyrənəcəyi və maraq göstərməyə başlayacağı təqdirdə süni intellektin inkişafının yeni vüsət ala biləcəyini qeyd ediblər.
Məlumata görə, süni intellektin təxəyyül işi “Sokoban” oyunu vasitəsilə yoxlanılıb. Oyunda oyunçudan qutuları lazımi yerlərə qoymaq tələb olunur. Yerinə qoyulmayan qutunun yenidən ora yerləşdirilməsi qeyri-mümkündür. Bu isə o deməkdir ki, bir səhv uduzmağa səbəb olur. Buna görə yeni süni intellekt oyun meydançasını diqqətlə öyrənərək hadisələrin mümkün inkişaf variantları barədə fikirləşib, variantları nəzərdən keçirdikdən sonra gediş edib.
Videooyunlarda ilk dəfə sınanan proqram qarşıya qoyulan vəzifənin öhdəsindən yaxşı gəlib.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL