“Google Play” yükləmələrin sayına görə “App Store”u 2 dəfə üstələyir
"App Annie" şirkəti 2017-ci ilin ikinci rübü üçün yeni tədqiqat apararaq "Google Play" əlavələr mağazasında yükləmələrin sayının 15 milyardı ötməsini açıqlayıb. Bu, "App Store" əlavələr mağazasından 135 faiz çoxdur.
"ICTnews" Elektron Xəbər Xidməti "Macdigger" resursuna istinadən yazır ki, bununla belə, "App Store" ən gəlirli əlavələr mağazası olmaqla bu göstərici üzrə "Google Play" mağazasını 95 faiz üstələyir.
Analitiklər "Google Play" mağazasının uğurunu Hindistan və Braziliya kimi inkişaf etməkdə olan bazarlarda smartfonların sayının artması ilə izah edirlər. Braziliya artıq yükləmələrin sayına görə ABŞ-ı geridə qoyub.
Qeyd olunur ki, "App Store" ən gəlirli mağaza adını "iOS" sisteminin qapalılığı və ödəniş qabiliyyətinə malik çoxsaylı istifadəçilər sayəsində stabil saxlayır.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL