“Lenovo” şirkəti “Moto G5S” və “G5S Plus” smartfonlarını rəsmən təqdim edib
"Motorola" brendinə sahib olan "Lenovo" şirkəti "Moto G5S" və "G5S Plus" smartfonlarını rəsmən təqdim edib.
"Moto G5S" smartfonu "Full HD" təsvir ölçülü 5,2 düymlük ekran, 1,4 QHs takt tezlikli səkkiz nüvəli "Qualcomm Snapdragon 430" prosessoru ilə təchiz edilib. Qurğu 3 QB əməli və və 32 QB daxili yaddaşa malikdir, həmçinin sürətli enerjidoldurma funksiyasına malik 3000 milliamper/saat tutumunda akkumulyatorla təchiz edilib. Bundan başqa, aparat 16 meqapiksellik əsas və 8 meqapiksellik ön kamera ilə təchiz edilib.
"ICTnews" Elektron Xəbər Xidməti life.ru saytına istinadən yazır ki, "Moto G5S Plus" smartfonu isə "Full HD" təsvir ölçülü 5,5 düymlük ekran, 2 QHs takt tezlikli səkkiz nüvəli "Qualcomm Snapdragon 625" prosessoru, ikiqat 13 meqapiksellik fotomodul və 8 meqapiksellik ön kamera ilə təchiz edilib. Smartfon 3/4 QB əməli yaddaş, 32/64 QB daxili daşıyıcıya malikdir. Bundan başqa, qurğu "TurboPower" texnologiyası üzrə sürətli enerjidoldurma imkanına malik 3000 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib.
Hər iki smartfon alüminium korpusa malikdir və barmaq izləri skaneri ilə təchiz edilib. Aparatlar "Android 7.1 Nougat" mobil əməliyyat sisteminin idarəetməsi altında işləyir. Cari ay satışa çıxarılacaq "Moto G5S" və "Moto G5S Plus" smartfonlarının qiyməti müvafiq olaraq 249 və 299 dollar təşkil edir.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL