“Bitcoin” rəsmən iki virtual valyutaya ayrılıb
Populyar “Bitcoin” virtual pulunun fəaliyyətini tənzimləyən yeni protokol istifadəyə verilib.
“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, sahə üzrə bir sıra mütəxəssislərin (miner) şərtlərin dəyişməsi ilə razılaşmaması nəticəsində “Bitcoin” iki virtual valyutaya bölünüb - klassik “Bitcoin” (BTC) və “Bitcoin Cash” (BCC və ya BCH).
Məlumata görə, bölünmə ərzində əksər iri birjalar və digər servislər “Bitcoin” üzrə bütün əməliyyatların aparılmasını dayandırıb. Yeni sistemə keçid üçün bir neçə saat və bir gün arasında vaxtın tələb olunacağı gözlənilir.
“Bitcoin Cash” valyutasının klassik “Bitcoin”lardan başlıca fərqi istifadə olunan protokol şəbəkəsinin onu tez böyütməyə və miqyasını artırmağa imkan verməsindədir. Adi “Bitcoin”larda blok ölçüsü 1 meqabayt təşkil etdiyi halda onun yeni kriptovalyutada tutumu 8 meqabayta çatır.
Bildirilir ki, bütün klassik “Bitcoin” istifadəçiləri istifadəçi birjasında “Bitcoin Cash” üzrə əməliyyatın aparılması halında eyni sayda “Bitcoin Cash” əldə edə biləcəklər.
Ayrılma ərzində klassik kriptovalyutanın qiyməti avqustun 1-də səhər 2900 dollara yüksəlsə də, bölünmə başa çatandan sonra 2680 dollaradək ucuzlaşıb. Eyni zamanda “Bitcoin Cash” virtual valyutası 48 faiz - 422 dollaradək bahalaşıb.
Qeyd edək ki, “Bitcoin” dünyanın heç bir ölkəsinə məxsus deyil və mərkəzləşdirilmiş server olmadan müstəsna olaraq müəyyən proqram təminatı istifadəçiləri arasında dövr edir. Odur ki, rəqəmli pullardan istifadə edilərək həyata keçirilən bütün tranzaksiyalar sadəcə anonim şəklində olur.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL