waplog

“Samsung” rüblük gəlirin həcminə görə ilk dəfə “Apple”i üstələyib


“Apple” şirkəti avqustun 1-də cari maliyyə ilinin üçüncü rübünün (2017-ci ilin ikinci rübünə təsadüf edir) yekunları üzrə rəsmi hesabat təqdim edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, hesabata görə, şirkətin aprel-iyun aylarında xalis gəliri 8,72 milyard dollar təşkil edərək ötən ilin analoji dövrü ilə müqayisədə 12 % artıb. Lakin buna baxmayaraq, “Apple” bu göstərici üzrə ilk dəfə rübün yekunlarına görə gəliri 9,9 milyard dollar olmaqla rekorda çatan Cənubi Koreyanın “Samsung” şirkətindən geri qalıb.
 
Xatırladaq ki, “Samsung” şirkətinin hesabatına görə, istehsalçının aprel-iyun aylarında xalis gəliri 2016-cı illə müqayisədə 89 % artıb. Əvvəlki rüblük xalis gəlir rekordu təxminən 4 il əvvəl qeydə alınıb. O zaman Cənubi Koreya istehsalçısının mənfəəti 7,3 milyard dollara bərabər olub. “Samsung”un əməliyyat gəliri 2016-cı ilin ikinci rübü ilə müqayisədə 73 % yüksələrək 12,6 milyard dollar, rüblük mədaxili 54,5 milyard dollar təşkil edib. “Samsung” rüblük mədaxili 45,4 milyard dollara bərabər olan ABŞ istehsalçısını bu göstərici üzrə də üstələyib.  
 
Bildirilir ki, “Samsung”un ikinci rübdə maliyyə uğuruna qabaqcıl “Galaxy S8” smartfonunun, eləcə də şirkətin istehsal etdiyi “DRAM” və “NAND” yaddaş çiplərinin yaxşı satılması səbəb olub.  
 
Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL