Gözlər üçün zərərsiz kontakt linzaları yaradılıb
Almaniyanın Münhen Texniki Universitetinin alimlər qrupu donuz bağırsaqlarının selikli qişasından mukoprotidlər (mutsinlər) əsasında insan gözü üçün zərərsiz kontakt linzaları yaradıblar.
“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, quru keratokonyunktivit göz mayesində “MUC5AC” mutsininin çatışmazlığı ilə müşayiət olunur. Bu, kontakt linzalarının taxılması zamanı problemlər yaradır, çünki mühafizə plyonkasının olmaması buynuz təbəqənin zədələnməsinə gətirib çıxarır. Almaniya alimləri mutsinin kontakt linzaları vasitəsilə birbaşa göz üstünə daxil edilməsi təklif ilə çıxış ediblər. Təsiredici maddə tərkibi insan mutsininə yaxın donuzların bağırsağından əldə olunur. Mütəxəssislər tərəfindən kontakt linzalarının gialur turşusu kimi maddələrlə yaxşı qatışan mutsin məhlulunda saxlanılması təklif edilib.
Donuzların gözündə uğurlu sınaqlardan sonra insanlarla eksperimentlərin aparılması planlaşdırılır.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL