“Plastic OLED FullVision” ekranlı ilk smartfon hazırlanır
Cənubi Koreyanın “LG Electronics” şirkəti növbəti qabaqcıl “V30” smartfon modelinin “Plastic OLED FullVision” displeylə təchiz edilən dünyanın ilk qurğusu olacağını açıqlayıb.
“ICTnews” Elektron Xəbər Xidməti “CHIP” resursuna istinadən yazır ki, QHD+ 2880х1440 piksel təsvir ölçülü 6 düym diaqonallı ekrana malik olacaq “LG V30” modelinin tərəflərinin nisbəti 2:1 təşkil edəcək. “V20” modeli ilə müqayisədə yuxarı çərçivənin eni 20%, aşağı çərçivənin eni 50% azalacaq.
Məlumata görə, panelin kənarları yumruvarı şəkildə olacaq. İstehsalçı nümayəndələrinin sözlərinə görə, displey toxunuşa müasir ekranlarla müqayisədə daha tez reaksiya verəcək.
2,45 QHs takt tezlikli səkkiznüvəli “Snapdragon 835” prosessoru əsasında yaradılacaq yeni qabaqcıl “LG V30” modelinin rəsmi nümayişi avqustun 31-nə, satışları isə sentyabrın ortalarına planlaşdırılır.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL