waplog

Yaponiyada kamerasız insanın hərəkətlərini qeydə alan futbolka yaradıblar


Yaponiyada Tokio Universitetinin startapı olan “Xenoma” şirkəti tərəfindən insanın hərəkətlərini qeydə alaraq müvafiq informasiyanı mobil qurğu və ya kompüterə ötürmək qabiliyyətinə malik çoxsaylı sensorla təchiz edilmiş futbolka ixtira edilib.
 
“ICTnews” Elektron Xəbər Xidməti tass.ru saytına istinadən yazır ki, bu futbolkanın əsas özəlliyi videokameralardan istifadə etmədən insan hərəkətlərinin tanınması dəqiqliyidir. Gələcəkdə bu qurğunun köməyi ilə müxtəlif xəstəlikləri müəyyənləşdirmək və ya video oyunlarda personajları idarə etmək mümkün olacaq.
 
Şirkətdən hesab edirlər ki, futbolka bir çox sahələrdə tətbiq edilə bilər: insana idmanda öz bacarıqlarını yaxşılaşdırmağa, nəqliyyat vasitəsi, hətta  təyyarə idarə etməyi öyrənməyə kömək edə bilər. Hərəkətin tanınması üzrə müasir texnologiyaların əksəriyyəti kameralardan istifadəyə əsaslanır, ancaq “Xenoma” şirkətinin futbolkası informasiyanı onun üzərinə qurulmuş 14 sensordan toplayır.
 
Toplanılmış məlumatları dərhal kompüter və ya mobil qurğuya ötürmək mümkündür. Həmçinin futbolkanı yumaq olar: o, hətta 100 dəfə yuyulduqdan sonra öz funksionallığını itirməyəcək.
 
Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL