Alimlər “Instagram” hesabı vasitəsilə depressiyaya diaqnoz qoymağı öyrəniblər
Alimlər Endryu Ris və Kristofer Denfort belə qənəatdədirlər ki, "Instagram" sosial şəbəkəsində yerləşdirilmiş şəkillər depressiyanın ağır formasının mövcudluğundan xəbər verə bilər.
“ICTnews” Elektron Xəbər Xidməti life.ru saytına istinadən yazır ki, 166 nəfər arasında keçirilmiş araşdırma nəticəsində məlum olub ki, onlardan 71-də depressiya əlamətləri mövcuddur. Araşdırmanın iştirakçıları "Instagram" sosial şəbəkəsindəki 43 min şəkli əlçatan ediblər.
İnformasiyanın toplanılması və ilkin əlamətlərin təhlili məqsədilə meta məlumatların (şəkil və fonun rəngi, ətraf mühit üzrə məlumatlar, üz ifadəsinin tanınması) toplanılması metodu seçilib.
Bəzi kliniki tədqiqatlar haqda məlumatlardan istifadə edilərək yaradılmış xüsusi proqram təminatı 70% halda ciddi xəstəliyin mövcudluğunu düzgün proqnozlaşdırıb və vaxtında müalicəyə başlamağa imkan verib.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL