waplog

“Sharp Aquos S2” smartfonu rəsmən təqdim edilib


“Sharp” şirkəti “Aquos S2” smartfonunu təqdim edib.
 
Displey aparatın ön hissəsinin 85%-ni “zəbt edib”. Buna baxmayaraq, “Sharp” şirkəti displeyin alt hissəsində fiziki düyməni saxlamağa müvəffəq olub, “Free Form Display” texnologiyası sayəsində ön kamera həmişəki yerində saxlanılıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti ixbt.com saytına istinadən yazır ki, yapon şirkətinin aparatı 2040x1080 təsvir ölçülü 5,5 düymlük diaqonala malik ekranla təchiz edilib.
 
Smartfon “SoC Snapdragon 630” prosessoru, 4 QB əməli yaddaş və 64 QB-lıq fləş yaddaşa malikdir. Bundan başqa, “microSD” kartından istifadə imkanı mövcuddur. Həmçinin “SoC Snapdragon 660” prosessoru, 6 QB əməli yaddaş və 128 QB fləş yaddaşa malik versiya satışa çıxarılacaq.
 
Əsas kamera ikiqatdır. Datçiklərdən birinin təsvir ölçüsü 12 meqapiksel, digərində isə 8 meqapikseldir. Ön kameranın təsvir ölçüsü, həmçinin 8 meqapikseldir. Akkumulyator batareyasının tutumu 2930 milliamper/saat təşkil edir. “Quick Charge 3.0” texnologiyası dəstəklənir.
 
Aparat “Android 7.1.1” əməliyyat sisteminin idarəetməsi ilə işləyir. Smartfonun ölçüləri 141,8x72x7,9 mm, çəkisi isə 140 qr-dır. Qara, ağ, göy və yaşıl rəngdə əlçatandır. 14 avqust tarixində sözügedən aparat satışa çıxarılacaq.
 
Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL