Kağızdan düzəldilmiş akkumulyator insan seliyindən enerji toplayır
Bakteriyalar vasitəsilə enerji toplayan akkumulyatorlar olduqca faydalı enerji mənbəyi ola bilər. Binhemton Universitetində kompüter elmləri assistenti Sioken Çoy artıq 5 ildir çirkli sular vasitəsilə enerji toplayan elastik akkumulyatorların yaradılması imkanını nəzərdən keçirir. Onun yeni innovativ batareya konstruksiyası yalnız insan seliyinin bir damcısından istifadə etməklə işıq diodunu işıqlandırmaq qabiliyyətinə malikdir.
“ICTnews” Elektron Xəbər Xidməti naked-science.ru saytına istinadən yazır ki, bakterial batareyaların belə tipləri mikrob yanacaq elementləri əsasında işləyir. Bu elementlər bərpa və oksidləşmə reaksiyalarının həyata keçirilməsi üçün bakteriyalardan istifadə edir. Reaksiyalar nəticəsində elektrik enerjisinin hasili üçün molekullar arasında elektronlar dəyişdirilir.
Alimlər qurğunun yoxlanması zamanı 1 kvadrat santimetr üzrə bir neçə mikrovatt güc əldə etməyə nail olublar ki, bu da bir ədəd batareyanın köməyi ilə işıq diodunu aktivləşdirməyə imkan verib. Alimlərin fikrincə, gələcəkdə yeni batareya birdəfəlik diaqnostik qurğuların enerji ilə doldurulmasında istifadə edilə bilər.
Hazırda alimlər yeni batareyanın məhsuldarlığının artırılması üzərində işləyirlər ki, bu da onun tətbiqi üçün daha geniş imkanlar yaradacaq.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL