Kiberidman Yay Olimpiya Oyunlarının rəsmi proqramına daxil edilə bilər
Kiberidman 2024-cü ildə keçiriləcək Yay Olimpiya Oyunlarının rəsmi proqramına daxil edilə bilər.
“ICTnews” Elektron Xəbər Xidməti gazeta.ru saytına istinadən yazır ki, bu barədə Parisdə keçiriləcək Oyunların Təşkilat Komitəsinin rəhbəri Toni Estanquet “Associated Press”ə açıqlama verib.
O bildirib ki, bunun üçün kiberidman nümayəndələri və Beynəlxalq Olimpiya Komitəsi (BOK) arasında danışıqlar aparılacaq.
O izah edib ki, belə imkandan dərhal imtina etmək istəmir, kiberidman və BOK arasında körpü qurmağa cəhd göstərməyi təklif edir.
2024-cü il Yay Olimpiya Oyunlarının proqramı 2019-cu ildə müəyyənləşdiriləcək, lakin BOK yekun qərarı Tokio-2020-dən sonra təsdiqləyəcək.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL