waplog

“Elektron hökumət” portalına yeni xidmət inteqrasiya edilib


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin operatoru olduğu “Elektron hökumət” portalına “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Elektron müraciət adlı yeni elektron xidməti inteqrasiya olunub. Bu xidmət vasitəsi ilə fiziki və hüquqi şəxslər müraciətlərini (ərizə və şikayət) bundan sonra elektron formada göndərə bilərlər.

Xidmətdən necə istifadə etmək olar?

Portala autentifikasiya vasitələrindən biri ilə daxil olduqdan sonra əsas səhifədə Bütün xidmətlərbölməsini, sonra isə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin xidmətləri içərisindən Elektron müraciət adlı xidməti seçin. 

Açılan səhifədə “Su kanal idarələri”, yaxud “İdarəetmə aparatı” olaraq müraciət edilən təşkilatı, həmçinin müraciət edilən səlahiyyətli şəxs və ya müraciət edilən struktur vahidini seçib “Müraciət et” düyməsinə sıxın.

















Növbəti səhifədə ad, soyad, ata adı, FİN kod və ünvanınızı qeyd edib, ərizə, yoxsa şikayət olmaqla, müraciətin növünü və müraciət etmə səbəbini seçin. Telefon nömrəsi, poçt ünvanı və müraciətlə bağlı qeydləri əlavə edib, müraciətlə əlaqəli sənədlərin təqdim edilməsinə zərurət yarandıqda isə “Fayl əlavə edin” bölməsindən sənədləri sistemə yükləyin. Bundan sonra “Müraciət et” düyməsini aktivləşdirməklə müraciətinizi göndərmiş olacaqsınız.




































Göndərildikdən sonra müraciətinizin qeydiyyata alınması və nömrəsi barədə bildirişi ekranda görəcəksiniz.
 
Qeydiyyata alındıqdan sonra müraciətiniz “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin müvafiq struktur vahidinə icraya yönləndirilir. Müraciətin nəticəsi haqda məlumat isə vətəndaşın anketdə qeyd etdiyi elektron poçt ünvanına göndərilir.
Qeyd edək ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin “Elektron hökumət” portalına inteqrasiya edilən xidmətlərinin sayı 10-a çatdırılıb.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL